logo

Ocakada keçiriləcək "G20" sammitində internetin terrorizmlə əlaqəsi diqqət mərkəzində olacaq

10:56 21-03-2019 | icon 3122
Ocakada keçiriləcək "G20" sammitində internetin terrorizmlə əlaqəsi diqqət mərkəzində olacaq

İyun ayında Yaponiyanın Osaka şəhərində keçiriləcək "G20" sammitində əsas müzakirə mövzularından biri də nternetin terrorizmlə əlaqəsi məsələsi olacaq.

YeniAvropa xəbər verir  ki, bu barədə Yaponiyanın baş naziri Şinzo Abe  məlumat verib. Onun sözlərinə görə, bu barədə Avstraliyanın baş naziri Skott Morrisonla telefon danışığı zamanı razılıq əldə edilib. Belə ki, S.Morrison danışıq zamanı Osaka prefekturasında iyunda keçiriləcək sammit zamanı bu mövzuda müzakirələrin təşkilini Ş.Abedən xahiş edib. Həmin müraciətin ötən həftə Yeni Zelandiyada baş verən hücumun videoyazısının internetdə geniş yayılması ilə əlaqəli olduğu bildirilir.

Yaponiyanın baş naziri qeyd edib ki, Yaponiya Yeni Zelandiya, Avstraliya və digər ölkələrlə birlikdə terrorizmlə mübarizə aparmaqda tam qərarlıdır.