logo

Avropa İttifaqı Gürcüstanın inkişafına 2,4 milyon avro ayırıb

10:17 21-03-2019 | icon 2919
Avropa İttifaqı Gürcüstanın inkişafına 2,4 milyon avro ayırıb

Avropa İttifaqı Gürcüstanın kənd rayonlarının inkişafına 2,4 milyon avro maliyyə vəsaiti ayırıb. Layihənin icrasına martın 19-dan Gürcüstanın Tsalka rayonundan başlanılıb.

YeniAvropa xəbər verir  ki, layihə çərçivəsində kiçik fermer təsərrüfatlarına, qadın iş adamlarına və yeni innovasiyaların tətbiqində gənclərə yardım məsələləri nəzərdə tutulub.

Layihə Avropa İttifaqının kənd təsərrüfatı sahəsində qonşuluq və kənd rayonlarının inkişafı proqramı çərçivəsində həyata keçirilir.

Layihənin Gürcüstanın Borjomi, Laqodexi, Kazbek, Keda, Xulo, Tetriskaro, Dedopliskaro və Axalkalaki bələdiyyələri ərazisində həyata keçirilməsi nəzərdə tutulub.