Qazaxıstan parlamentinin Aşağı və Yuxarı palatalarının birgə iclasında paytaxt Astana şəhərinin Nursultan adlandırılması barədə qanun layihəsi qəbul edilib.
YeniAvropa xəbər verir ki, Qazaxıstanın yeni prezidenti Kasım-Jomart Tokayev paytaxtın adının dəyişilməsi barədə qərarı imzalayıb.
Bundan belə Astana rəsmi olaraq Nursultan adlandırılacaq.
Xatırladaq ki, bu, XIX əsrin 30-cu illərində İşim çayının sahilində salınmış şəhərin sayca 5-ci adıdır. Şəhər 1961-ci ilədək Akmolinsk adlandırılıb. Sovet dövründə ucsuz-bucaqsız xam torpaqlarını taxıl zəmiləri örtən şəhərin adı Çelinoqrada dəyişdirilib. Müstəqillik qazandıqdan sonra şəhər 1992-ci ildən yenidən Akmola adlandırılıb. 1998-ci ildə Nursultan Nazarbayevin paytaxtın şimala köçürülməsi qərarından sonra isə Astana adını alıb.
1 sentyabr 2018-ci ilin məlumatına görə, Astanada 1 milyon 57 min nəfər əhali yayayıb. Bu, əhalinin sayına görə ölkənin keçmiş paytaxtı Almatııdan sonra sayca ikinci böyük şəhər hesab olunur.