Türkiyənin Dənizli vilayətinin Acıpayam rayonunda 5,5 bal gücündə zəlzələ baş verib.
YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki, yeraltı təkanlar yerli vaxtla saat 09:34-də qeydə alınıb. Zəlzələ səbəbindən məktəblərdə tətil elan edilib.
Yeraltı təkanlar ölkənin İzmir, Aydın, Muğla, Uşak, İsparta, Burdur və Antalya bölgələrində də hiss olunub.