Martın 20-də Qazaxıstan parlamenti Senatının sədri vəzifəsinə seçkilər keçirilib.
YeniAvropa yerli KİV-ə istinadla xəbər verir ki, Dariqa Nazarbayeva gizli səsvermə yolu ilə Qazaxıstan parlamenti Senatının sədri seçilib.
Qeyd edək ki, Dariqa Nazarbayeva 2015-ci ilin sentyabrında Baş nazirin müavini vəzifəsinə təyin edilib. Buna qədər isə o, parlamentin vitse-spikeri vəzifəsində çalışıb.