Qazaxıstan parlamenti Senatının sədri Kasım-Jomart Tokayev xalq qarşısında and içərək prezident vəzifəsinin icrasına başlayıb.
YeniAvropa xəbər verir ki, xalq qarşısında çıxışı zamanı Kasım-Jomart Tokayev paytaxt Astananı Nursultan Nazarbayevin şərəfinə adlandırmağı təklif edib.
Xatırladaq ki, dünən Nursultan Nazarbayev martın 20-dən prezident səlahiyyətlərinin ləğvi ilə bağlı Fərman imzalayıb.
Qeyd edək ki, Kasım-Jomart Tokayev 17 nay 1953-cü ildə anadan olub. 1975-ci ildə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu bitirib. Xarici İşlər nazirliyində müxtəlif vəzifələrdə. daha sonra isə Qazaxıstanın xarici ölkələrdəki səfirliklərində çalışıb. 1999- 2002-ci illərdə Qazaxıstanın baş naziri, 2011-2013-cü illərdə isə BMT-nin Cenevrədəki baş direktorluğunda direktor, 2007-2011 və 2013-2019-cu illərdə Qazaxıstan Senatının sədri vəzifələrində çalışıb.
Qazax, rus, ingilis, fransız və çin dillərində sərbəst danışır.
Evlidir. 1 oğlu var.