logo

Bakıda yaşayış binasında yanğın oldu, 12 nəfər təxliyə edildi

10:32 20-03-2019 | icon 3920
Bakıda yaşayış binasında yanğın oldu, 12 nəfər təxliyə edildi

Bakının Nəsimi rayonunda beşmərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən kafedə yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən YeniAvropa-ya bildiriblər ki, ümumi sahəsi 100 kvadratmetr olan kafenin 2 otağının taxtadan ibarət üzlüyü 10 kvadratmetr sahədə yanıb, yüksək temperaturdan lambirindən ibarət tavanı 100 kvadratmetr sahədə əriyib.

Yanğın zamanı 12 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə edilib. Kafenin qalan hissəsi və mənzillər yanğından mühafizə olunub.

Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.