Çinin Şensi vilayətində torpaq sürüşməsi nəticəsində çökən iki yaşayış binasının dağıntıları altından 15 nəfərin cəsədi çıxarılıb.
YeniAvropa xəbər verir ki, martın 15-də baş verən bədbəxt hadisə nəticəsində dağıntılar altında hələ də 5 nəfərin qaldığı güman edilir.
Xilasedicilər dağıntılar altından 8 yaşlı uşağı sağ çıxarıblar. Uşağın yeri müəyyənləşdirildikdən sonra iki saat əllə qazıntı aparılıb və uşaq xilas edilib. Bildirilir ki, anası və nənəsi dağıntılar altından ölü tapılmış uşaq uçqun vaxtı hamamda imiş. Uşaq müvafiq tibbi yoxlanış üçün xəstəxanaya yerləşdirilib.