logo

Xorvatiya-Azərbaycan oyununu bolqarıstanlı hakimlər briqadası idarə edəcək

15:56 18-03-2019 | icon 3108
Xorvatiya-Azərbaycan oyununu bolqarıstanlı hakimlər briqadası idarə edəcək

Futbol üzrə “Avro-2020”nin seçmə mərhələsi çərçivəsində keçiriləcək Xorvatiya-Azərbaycan oyununun hakimləri müəyyənləşib.

YeniAvropa xəbər verir ki, görüşü bolqarıstanlı hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Georgi Kabakov olacaq. Ona Martin Marqaritov və Divan Valkov yan xətt hakimləri, Nikola Popov dördüncü hakim qismində kömək edəcək.

Qeyd edək ki, Xorvatiya-Azərbaycan qarşılaşması martın 21-də Zaqrebdəki “Maksimir” stadionunda keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.