Güclü külək Gürcüstanın paytaxtı Tbilisidə və bölgələrində ciddi fəsadlar törədib.
YeniAvropa yerli KİV-ə istinadla xəbər verir ki, şəhərdə 15 binanın dam örtüyü uçub, ağacların aşması nəticəsində 10 avtomobilə, reklam lövhələri və işıqforlara ziyan dəyib.
Gürcüstanın bölgələrində evlərə və infrastruktura xeyli ziyan dəyib.
Azərbaycanlıların yığcam yaşadıqları Marneuli, Qardabani, Bolnisi, Dmanisi rayonlarında da evlərə, kənd təsərrüfatı sahələrinə və infrastruktura ciddi ziyan dəyib.
Təbiət hadisəsinin yaratdığı problemlərlə bağlı Fövqəladə Halların İdarə olunması Xidmətinə 100-ə yaxın müraciət daxil olub.
Gürcüstanda qeyri-sabit hava şəraitinin martın 19-u, günün ikinci yarısına qədər davam edəcəyi gözlənilir.