17 yaşınadək qadın futbol komandaları arasında "UEFA-2019" çempionatının seçmə mərhələsi çərçivəsində apreldə Estoniyanın milli komandası Azərbaycan yığması ilə görüşəcək.
YeniAvropa xəbər verir ki, bu komandaların ilk oyunu aprelin 3-də Tallinndə, cavab görüşü isə aprelin 6-da Bakıda təşkil olunacaq.
Qeyd edək ki, Azərbaycan yığması ilə eyni yarımqrupda İspaniya, Çexiya, Poşa və Moldova millisi də yer alıb.