logo

FİFA dünya çempionatında iştirakçıların sayını artırdı

10:31 16-03-2019 | icon 3255
FİFA dünya çempionatında iştirakçıların sayını artırdı

FİFA futbol klublarının dünya çempionatında iştirak edən klub komandaların sayını yeddidən 24-ə yüksəldib.

YeniAvropa xəbər verir  ki, bu barədə qərar təşkilatın Mayamidə keçirilən İcraiyyə Komitəsinin iclasında qəbul edilib. İclasdan sonra keçirilən mətbuat konfransında FİFA prezidenti Canni İnfantino deyib ki, yeni qaydalar 2021-ci ildən tətbiq ediləcək. Dünya çempionatında Avropadan 8 klub, Afrika, Asiya və Şimali/Mərkəzi Amerika qitələrinin hər birindən 3 klub, Cənubi Amerikadan 6 klub və Okeaniya Konfederasiyasından isə bir klub təmsil olunacaq. 

C.İnfantino həmçinin qeyd edib ki, iyunda Parisdə keçiriləcək FİFA Konqresində 2022-ci ildə Qatarda keçiriləcək futbol üzrə dünya çempionatının final mərhələsində iştirak edəcək komandaların sayının da artırılması haqda yekun qərar qəbul ediləcək. Belə ki, final mərhələsində iştirak edəcək milli komandaların sayının 32-dən 48-dək atrırılması nəzərdə tutulur.