Avropa İttifaqına (Aİ) üzv 13 ölkə Çin ilə “Bir kəmər, bir yol” təşəbbüsü ilə bağlı anlaşma memorandumu imzalayıb, Lüksemburq və İtaliya isə bununla bağlı rəsmi Pekin ilə danışıqlar aparırlar.
YeniAvropa "ANSA" agentliyinə istinadla xəbər verir ki, sənədə imza atan ölkələrin Bolqarıstan, Xorvatiya, Çexiya, Estoniya, Macarıstan, Yunanıstan, Latviya, Litva, Malta, Polşa, Portuqaliya, Slovakiya və Sloveniya olduğu bildirilir.