logo

UEFA Avropa Liqasının 1/4 final mərhələsinin püşkü atılıb

18:15 15-03-2019 | icon 3437
UEFA Avropa Liqasının 1/4 final mərhələsinin püşkü atılıb

Martın 15-də UEFA-nın İsveçrənin Nion şəhərindəki mənzil-qərargahında futbol üzrə UEFA Avropa Liqasının 2018-2019-cu il mövsümünün dörddəbir final mərhələsinin püşkü atılıb.

 YeniAvropa xəbər verir  ki, püşkün nəticələrinə əsasən, dörddəbir finalda aşağıdakı oyunlar keçiriləcək:

“Napoli” (İtaliya) -“Arsenal” (İngiltərə);

“Vilyarreal” (İspaniya) - “Valensiya” (İspaniya);

“Benfika” (Portuqaliya) - “Ayntraxt” (Almaniya);

“Slaviya” (Çexiya) - “Çelsi” (İngiltərə).

Dörddəbir final mərhələsinin ilk oyunları aprelin 11-də oynanılacaq. Cavab qarşılaşmaları isə aprelin 18-də keçiriləcək.

Xatırladaq ki, UEFA Çempionlar Liqasının final matçı mayın 29-da Bakı Olimpiya Stadionunda təşkil olunacaq.