logo

Avropa Parlamenti Türkiyə ilə müzakirələri təxirə salıb

21:11 13-03-2019 | icon 3031
Avropa Parlamenti Türkiyə ilə müzakirələri təxirə salıb

Avropa Parlamenti Türkiyə ilə müzakirələrin təxirə salınması haqqında “Türkiyə qərarı”nı qəbul edib.

 YeniAvropa xəbər verir  ki, qərara qarşı Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının sözçüsü Ömər Çelik yerli mətbuat vasitəsi ilə cavab verib. O bildirib ki, Türkiyə tərəfi qəbul olunan qərarı dəyərsiz, hökmsüz və nüfuzu olmayan bir qərar kimi qiymətləndirir. Ömər Çelik həmin qərarla Avropa Parlamentinin demokratik inkişafa açıq olan və onu dəstəkləyən qərar verməkdən uzaq olduğunu, dünyaya dar pəncərədən baxdığını bildirib.