Braziliyada məktəbə silahlı hücum nəticəsində 6 nəfər öldürülüb.
YeniAvropa “The Rio Times” saytına istinadla xəbər verir ki, San-Paulu ştatının Suzanu qəsəbəsində iki maskalı yeniyetmə məktəb binasına hücum edərək 5 şagirdi və 1 müəllimi qətlə yetiriblər.
Qəzəbə polisinin məlumatına görə, qanun keşikçiləri ilə atışmadan sonra terror aktını törədənlər intihar ediblər. Silahlı hücumun baş verməsinin səbəbləri aydın deyil. Hazırda insidentlə bağlı təhqiqat aparılır.