Türkiyə polisinin ölkənin Şanlıurfa vilayətinin Akçakale rayonu ərazisində keçirdiyi antiterror əməliyyatı nəticəsində terror hazırlığında olan beş şübhəli həbs olunub.
YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki, PKK/PYD terror təşkilatlarının üzvü olduqları ehtimal edilən şəxslər Türkiyəyə Suriya ərazisindən keçiblər. Bildirilir ki, terrorçulara məxsus çuvaldan avtomat silah, partlayıcı maddə, o cümlədən əl qumbaraları və digər sursat növləri aşkarlanıb.