Ukraynada prezident seçkiləri ilə bağlı keçiriləcək səsvermə günü 134 mindən çox polis təhlükəsizlik tədbirlərinə cəlb olunacaq.
YeniAvropa xəbər verir ki, bu barədə Ukraynanın daxili işlər naziri Arsen Avakov seçkilərlə bağlı keçirdiyi brifinqdə məlumat verib. Onun sözlərinə görə, polis qüvvələri təhlükəsizlik tədbirləri üçün kifayət qədərdir. Polis seçki qanunvericiliyinə uyğun olaraq üzərinə düşən vəzifəni layiqincə yerinə yetirəcək.
Qeyd edək ki, Ukraynada prezident seçkiləri martın 31-də keçiriləcək.