"Tokio-2020" Yay Olimpiya Oyunlarına 500 gün qaldı
Martın 12-də gələn il Tokioda keçiriləcək Olimpiya Oyunlarına 500 gün qalır.
YeniAvropa xəbər verir ki, bu münasibətlə paytaxt Tokioda və ətraf rayonlarda müxtəlif tədbirlərin keçirilməsi planlaşdırılır.
Tokioda keçiriləcək tədbirlərdə 50 rəsmi idman piktoqramın təqdim edilməsi nəzərdə tutulur ki, bunlarında üzərində müxtəlif idman növləri və yarışlardan görüntülər əksini tapacaq.
Qeyd edək ki, Tokioda 2020-ci ildə keçiriləcək Olimpiya Oyunları iyulun 24-dən avqustun 9-dək davam edəcək və özündə rekord sayda - 339 yarışı birləşdirəcək. Oyunlar zamanı idmanın 33 növü üzrə yarışlar keçiriləcək ki, bunlardan karate, skeytbordinq, idman dağadırmanması və serfinq ilk dəfə təşkil ediləcək. Beysbol və softbol üzrə turnirlər isə 2008-ci ildə Olimpiya proqramından çıxarıldıqdan sonra yenidən keçiriləcək.
Tokio-2020 Oyunlarının əsas mövzularından biri Yaponiyanın 2011-ci il təbii fəlakətindən və atom qəzasından bərpası olduğuna görə, martın 12-də təşkilat komitəsi yeni layihəyə start verəcək. Həmin layihə fəlakətdən zərərçəkən üç şimal-şərq prefekturasında reklam avtobusunun səfərini nəzərdə tutur.
Bununla yanaşı, bütün dünyadan gələcək 11 min idmançının iştirakı ilə keçiriləcək yarışlara ciddi hazırlıq işləri görülür.
Bu ilin yanvarın sonlarınadək yeni idman obyektlərində işlərin 50-70 faiz icra edildiyi bildirilib. Yayda isə bu obyektlərdə ilk sınaqların keçirilməsi nəzərdə tutulur.
Oyunların təşkil ediləcəyi əsas mərkəz olacaq Yeni Milli Stadionda isə işlərin noyabrda başa çatdırılması planlaşdırılır. Paytaxtın Şincuku dairəsində inşa edilən nəhəng obyektdə artıq fevralda dəmir karkasın quraşdırılması işləri yekunlaşıb və onun üzərinə taxta damın döşənməsi davam etdirilir.
Təşkilatçılar yanvarda bəyan ediblər ki, apreldən biletlərin sifarişinin qəbuluna başlanacaq.
Füzulidə 482 hektar sahədə günəş elektrik stansiyası tikiləcək
Səfərbərlik Xidmətinin 12 əməkdaşı korrupsiya görə cəzalandırılıb
Avropa çempionatı:Bu gün daha 6 cüdoçumuz tatamiyə çıxır
ABŞ Rusiya müharibəsi başlayandan bəri Ukraynaya 183 milyard $ ayırıb
Azərbaycan 3 ildə bərpaolunan enerjini 33 faizə çatdıracaq
“SOCAR” “Holcim Azerbaijan”la
Anlaşma Memorandumu imzalayıb
UEFA Millətlər Liqası: Azərbaycan Estoniya yığmasını qəbul edəcək
Azərbaycan nefti 74,14 dollara satılır
Avropa Kuboku: “Qarabağ” bu gün növbəti matçına çıxacaq
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb
Sabah Bakıda 18° isti olacaq
Avropa çempionatı: Bu gün 9 cüdoçumuz mübarizəyə başlayır
“Yaşıl inkişaf portalı” istifadəyə verilib
Malayziya şirkəti Bakı Limanında fotovoltaik qurğusu inşa edəcək
Santuş Estoniya ilə matça yaxşı hazırlaşdıqlarını deyir
İlham Əliyev Fələstinin prezidentini təbrik edib
Sülh Azərbaycanın əsas prioritetidir-Ceyhun Bayramov
COP29: Bakıda Enerji keçidi üzrə İnvestisiya Forumu keçirilib
UEFA Millətlər Liqası:Bu gün 9 oyun keçiriləcək
Azərbaycan nefti 74,29 dollara satılır