Türk Hava Yollarına məxsus İstanbul-Nyu–York reysi ilə uçan sərnişin təyyarəsi ABŞ səmasına daxil olandan sonra hava burulğanına düşüb
YeniAvropa Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, ani olaraq idarəetmənin itməsi 28 sərnişin və 2 ekipaj üzvünün yaralanmasına səbəb olub. Enişdən sonra yaralılar xəstəxanaya çatdırılıb. Göyərtədə 326 sərnişinin olduğu bildirilir.