logo

ABŞ-ın Rusiyadakı səfirliyinin əməkdaşı baqajında mina apardı

23:44 09-03-2019 | icon 2863
ABŞ-ın Rusiyadakı səfirliyinin əməkdaşı baqajında mina apardı

ABŞ-ın Rusiyadakı səfirliyinin əməkdaşı Şeremetyevo aeroportunda baqajında mina keçirməyə cəhd göstərib.

 YeniAvropa "TASS" agentliyinə istinadla xəbər verir ki, martın 9-da Moskvadakı Şeremetyevo aeroportunun girişində ABŞ səfirliyinin əməkdaşının baqajının rentgen aparatında yoxlanılması zamanı minaatan qurğunun minasına bənzəyən əşya aşkar edilib. Dəvət edilən texniklər onun həqiqətən partlayıcı qurğu olduğunu təsdiq ediblər. Ezamiyyət müddəti bitdiyi üçün Rusiyadan vətənə yola düşən səfirliyin əməkdaşı bildirib ki, şəxsi kolleksiyası üçün boş mina alıb.

ABŞ səfirliyi insident barədə dərhal məlumatlandırılıb. Mina müsadirə ediləndən sonra səfirliyin əməkdaşı ABŞ-a uçub.