Kolumbiyanın mərkəzi hissəsində təyyarənin qəzaya uğraması nəticəsində azı 12 nəfər ölüb. Bu barədə “Caracol” agentliyi məlumat yayıb.
YeniAvropa "TASS" informasiya agentliyinə istinadla xəbər verir ki, “Laser” şirkətinə məxsus “Douglas DC-3” təyyarəsi San-Xose-del-Quavyare şəhərindən Vilyavisensyo şəhərinə uçurmuş. San-Martin yaşayış məntəqəsində pilot dispetçerlərə fövqəladə vəziyyət barədə məlumat verib. O, qəza enişi etməyə çalışsa da, uğursuz nəticələnib. İlkin məlumata görə, təyyarədə olan 12 nəfər ölüb.
Qəzanın səbəbləri araşdırılır.