Martın 8-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə BMT-nin baş katibi Antonio Quterreş arasında telefon danışığı olub.
YeniAvropa "Anadolu" Agentliyinə istinadla xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının mətbuat xidməti məlumat yayıb.
Telefon danışığı zamanı Hindistan-Pakistan sərhədində baş verən hadisələr və Suriyadakı hazırkı vəziyyət müzakirə edilib.