İstanbulda UEFA-ya üzv ölkələrin milli assosiasiyalarının baş katiblərinin toplantısı keçirilib.
YeniAvropa xəbər verir ki, toplantıya AFFA-nın baş katibi Elxan Məmmədov da qatılıb. Tədbirdə Avropanın ali futbol qurumunun yeni dövr üçün strategiyası müzakirə olunub.
Aleksander Çeferinin ikinci dəfə UEFA prezidenti seçilməsindən sonra ilk dəfə olaraq 55 üzv ölkənin hamısının təmsilçiləri bu tədbirdə iştirak ediblər.
Qeyd edək ki, Aleksander Çeferin fevralın 7-də ikinci müddətə UEFA prezidenti seçilib