Hindistan hərbi qüvvələrinə məxsus “MiQ 21” qırıcı təyyarəsi ölkənin Racastan ştatında qəzaya uğrayıb.
YeniAvropa Hindistan KİV-lərinə istinadla xəbər verir ki, pilot vaxtında katapult edərək xilas olub. Təyyarənin döyüş tapşırığını yerinə yetirməyə gedərkən qəzaya uğradığı bildirilir.
İlkin ehtimala görə, qəzaya səbəb quşun qırıcı təyyarəyə çırpılması olub. Amma əsl qəzanın səbəbi araşdırmadan sonra bilinəcək.