UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsində “Portu”nun “Roma”nı məğlub etdiyi görüş (3:1) portuqaliyalıların qapıçısı İker Kasilyas üçün əlamətdar olub.
YeniAvropa xəbər verir ki, bu oyundakı qalibiyyət ispaniyalı qapıçının karyerası ərzində UEFA Çempionlar Liqasında 101-ci qələbəsi olub. O, bu göstəriciyə görə “Yuventus” klubunun hücumçusu Kriştiano Ronaldonu qabaqlayıb. Portuqaliyalının bu turnirdə 100 dəfə qələbə sevinci yaşayıb.
Otuz yeddi yaşlı qolkiper “Roma” ilə görüşdə UEFA Çempionlar Liqasında 175-ci oyununa çıxıb. O, bu göstəriciyə görə də Kriştiano Ronaldonu geridə qoyub. Portuqaliyalı Avropanın ən nüfuzlu klub turnirində 159 dəfə meydana çıxıb.