Azərbaycan millisinin və Ağdamın “Qarabağ” klubunun hücumçusu Mahir Mədətov karyerasını Yunanıstanda davam etdirə bilər. YeniAvropa Yunanıstan KİV-lərinə istinadla xəbər verir ki, 21 yaşlı futbolçu AEK klubunun maraq dairəsindədir.
Afina təmsilçisi qış transfer pəncərəsində futbolçunu heyətinə qatmaq istəsə də, tərəflər arasında müqavilə imzalanmayıb. Transferin yayda gerçəkləşəcəyi gözlənilir.