2024-cü ildə Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarının Təşkilat Komitəsi breyk-dans, skeytbordinq, qayayadırmanma və sörfinqin yarışların proqramına salınmasını təklif edib.
YeniAvropa xəbər verir ki, Beynəlxalq Olimpiya Komitəsi “Paris 2020”nin proqramında islahatlara əsaslanaraq gender balansının qorunması, onun gəncliyə yönəlik olmasını təmin etmək üçün səy göstərir.
Xatırladaq ki, ötən ilin oktyabrında Buenos-Ayresdə keçirilən Yeniyetmələrin Yay Olimpiya Oyunlarının proqramına breyk-dans, qayayadırmanma və sörfinq daxil edilmişdi. “Tokio-2020”nin proqramında skeytbordinq, qayayadırmanma və sörfinq debüt edəcək.
Bu idman növlərinin 2024-cü ildə keçiriləcək Olimpiadanın proqramına salınması ilə bağlı yekun qərar BOK tərəfindən veriləcək.