“Bu il Rusiya prezidenti Vladimir Putin və ölkənin baş naziri Dmitri Medvedev Ermənistana səfər edəcək”.
YeniAvropa xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan məlumat verib.
O deyib ki, bir həftə əvvəl Vladimir Putinlə telefon danışığı zamanı səfər məsələsini müzakirə ediblər: “Ermənistana təkcə prezidentin səfəri nəzərdə tutulmayıb. Avrasiya İqtisadi İttifaqının aprelin 29-da Yerevanda keçiriləcək Hökumətlərarası Şurasının iclasına üzv-dövlətlərin baş nazirləri, o cümlədən Dmitiri Medvedev də qatılacaq”.