logo

Xorvatiya millisinin Azərbaycan yığması ilə oyun üçün heyəti açıqlanıb

16:11 05-03-2019 | icon 3318
Xorvatiya millisinin Azərbaycan yığması ilə oyun üçün heyəti açıqlanıb

Futbol üzrə Xorvatiya millisinin “Avro 2020”nin seçmə mərhələsi çərçivəsində martın 21-də Azərbaycan yığması ilə oyun üçün heyəti açıqlanıb. 

YeniAvropa xəbər verir  ki, baş məşqçi Zlatko Daliç 24 futbolçuya dəvət göndərib.

Heyətə qapıçılar - Lovre Kaliniç (“Aston Villa”, İngiltərə), Dominik Livakoviç (“Dinamo”), Simon Sluqi (“Rieka”), müdafiəçilər – Domaqoy Vida (“Beşiktaş”, Türkiyə), Deyan Lovren (“Liverpul”, İngiltərə), Tin Edvay (“Bayer”, Almaniya), Borna Barişiç (“Reyncers”, Şotlandiya), Marin Leovats (“Dinamo”), Antonio Miliç (“Anderlext”, Belçika), Due Çaleta-Tsar (“Marsel”, Fransa), yarımmüdafiəçilər – Luka Modriç (“Real Madrid”, İspaniya), İvan Rakitiç (“Barselona”, İspaniya), Mateo Kovaçiç (“Çelsi”, İngiltərə), Milan Badel (“Latsio”, İtaliya), Marselo Brozoviç (“İnter”, İtaliya), Marok Roq (“Sevilya”, İspaniya), Mario Paşaliç (“Atalanta”, İtaliya) və Filip Bradariç (“Kalyari”, İtaliya), hücumçular – İvan Perişiç (“İnter”, İtaliya), Andrey Kramariç (“Xoffenxaym”, Almaniya), Ante Rebiç (“Ayntraxt”, Almaniya), Marko Pyatsa (“Fiorentina”, İtaliya), Nikola Vlaşiç (ÇSKA, Rusiya) və Yosip Brekalo (“Volfsburq”, Almaniya) dəvət olunublar.

Qeyd edək ki, Xorvatiya millisi martın 21-də Azərbaycan yığmasını qəbul edəcək, üç gün sonra Macarıstanın qonağı olacaq.