logo

Baş nazir İspaniya parlamentini vaxtından əvvəl istefaya göndərdi

16:55 04-03-2019 | icon 3185
Baş nazir İspaniya parlamentini vaxtından əvvəl istefaya göndərdi

Martın 4-də İspaniyanın baş naziri Pedro Sançes parlamentin hər iki palatasının buraxılması və aprelin 28-nə ümumi seçkilər təyin olunması haqqında fərman imzalayıb.

YeniAvropa xarici mətbuata istinadla xəbər verir  ki, bu barədə hökumət başçısının administrasiyası məlumat yayıb. Bildirilir ki, indi fərman kral VI Filipp tərəfindən imzalanacaq. Sənədin çərşənbə axşamı günü dərc olunması gözlənilir.

İspaniyada ümumi seçkilər 2020-ci ildə keçirilməli idi. Parlamentin cari il üçün Nazirlər Kabinetinin təklif etdiyi büdcə layihəsini dəstəkləməməsi səbəbindən Pedro Sançes ölkədə növbədənkənar seçkilər keçirilməsini elan etməyi qərara alıb.