“Türk axını” qaz kəmərinin Bolqarıstandan keçən hissəsinin inşasının davam etdirilməsi yalnız Avropa İttifaqı bu marşrut üzrə qaz ixracına maneə olmayacağına zəmanət verdikdən sonra mümkündür.
YeniAvropa xəbər verir ki, bu fikri Rusiyanın baş naziri Dmitri Medvedev Bolqarıstana səfəri ərəfəsində “Trud” qəzetinə müsahibəsində bildirib. O deyib ki, yeni kəmər “Cənub axını” kimi uğursuz olmamalıdır. Baş nazirin sözlərinə görə, hazırda “Türk axını”nın Bolqarıstan, Serbiya və Macarıstandan keçəcək ikinci qolunun tikinti layihəsi üzərində iş aparılır.