logo

Avropa çempionatının ilk günündə 5 güləşçimiz xalçaya çıxacaq

15:14 04-03-2019 | icon 3171
Avropa çempionatının ilk günündə 5 güləşçimiz xalçaya çıxacaq

Martın 4-də Serbiyanın Novi Sad şəhərində 23 yaşadək güləşçilər arasında Avropa çempionatı start götürüb.

YeniAvropa Azərbaycan güləş federasiyasına istinadla xəbər verir  ki, qitə birinciliyinin ilk günündə 55, 63, 77, 87 və 130 kiloqram çəki dərəcələrində çıxış edən yunan-Roma güləşçiləri mübarizə aparır.

Güləşçilərimizin ilk rəqibləri müəyyənləşib. Belə ki, Ziyad Zeynalov (55 kq) gürcüstanlı Nuqzari Tsurtsumia, Mikayıl Rəhmanov (63 kq) Türkiyə təmsilçisi Abdullah Toprak, Nəsir Həsənov (77 kq) bolqarıstanlı Zahari Rosenov Zaşev, Nəzərşah Fətullayev (87 kq) Aleksandr Georgiye Stepanetiç (İsveç) və Sərxan Məmmədov (130 kq) almaniyalı Frants Rixter ilə qarşılaşacaq.