logo

Estoniyadakı parlament seçkilərində müxalifət qüvvələri qalib gəlib

12:30 04-03-2019 | icon 2828
Estoniyadakı parlament seçkilərində müxalifət qüvvələri qalib gəlib

Martın 3-də Estoniyada keçirilən parlament seçkilərinin qalibi ümumi səslərin 28,8 faizini toplayan müxalif partiya - Liberal İslahatlar Partiyası olub.

YeniAvropa xəbər verir  ki, Avropa Parlamentinin keçmiş üzvü Kaya Kallasın rəhbərlik etdiyi partiya hazırkı baş nazir Yuri Ratasın təmsil etdiyi respublikaçıları keçərək Rigikoquda ən çox mandata sahib olub.

Baş nazirin partiyası ilə koalisiya təşkil edən sosial demokratlar və mühafizəkarlar isə müvafiq olaraq 9,8 və 11,2 faiz səs toplayıblar. Lakin hər iki partiyanın bu dəfə də islahatçılarla koalisiya qurub-qurmayacağı hələlik bəlli deyil.

Yaxın günlərdə hazırkı baş nazir Yuri Ratasın da istefaya gedəcəyi bildirilir. Estoniya qanunlarına görə, parlament seçkilərində qalib gələn qüvvələr hökuməti qurmalıdır. Bu halda yeni baş nazirin məhz Kaya Kallas olacağı gündəmdədir.