logo

Neft boru kəmərinin partlaması nəticəsində ölənlərin sayı 135-ə çatıb

10:10 04-03-2019 | icon 3115
Neft boru kəmərinin partlaması nəticəsində ölənlərin sayı 135-ə çatıb

Meksikada neft boru kəmərində baş vermiş partlayış nəticəsində ölənlərin sayı artaraq 135 nəfərə çatıb.

YeniAvropa "TASS" informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə “Noticias MVS” radiostansiyası məlumat yayıb.

Qeyd edilir ki, ölənlərdən 68-i dərhal hadisə yerində, digərləri isə xəstəxanalarda həlak olub. Hazırda 5 nəfər Mexikoda, 3 nəfər isə ABŞ-ın Texas ştatında olmaqla hələ də xəstəxanalarda müalicə alır.

Xatırladaq ki, yanvarın 18-də axşam saatlarında İdalqo ştatındakı iri neft kəmərində güclü partlayış olub, sonra yanğın başlayıb. Hadisə boru kəmərinin qanunsuz kəsilmiş yerində yanacaq yığmaq üçün çoxsaylı insanların toplaşdığı vaxt baş verib.