Polşanın paytaxtı Varşava şəhərində kişi cüdoçular arasında keçirilən Avropa açıq kubokuna yekun vurulub.
YeniAvropa xəbər verir ki, beynəlxalq turnirin son günü Azərbaycan millisinin üzvü Şahin Qəhrəmanov (+100 kq) bürünc medala sahib olub. Varşava turnirinin ilk günü isə Oruc Vəlizadə qızıl, İbrahim Əliyev gümüş medala layiq görülüb. Beləliklə, Azərbaycan cüdoçuları Avropa kubokunda 3 medal qazanıblar.
Qeyd edək ki, martın 2-də start götürən Polşa turnirində 35 ölkədən 291 cüdoçu mübarizə aparıb. Ölkəmizi beynəlxalq yarışda 14 cüdoçu təmsil edib.