logo

Yeniyetmə cüdoçularımız Antalyada 3 medal qazanıblar

16:35 03-03-2019 | icon 3192
Yeniyetmə cüdoçularımız Antalyada 3 medal qazanıblar

Türkiyənin Antalya şəhərində yeniyetmələr arasında cüdo üzrə Avropa kuboku yarışı davam edir.

Azərbaycan Cüdo Federasiyasından YeniAvropa-ya verilən məlumata görə, martın 2-də başlayan yarışın ilk günündə Azərbaycan milli komandasının 3 üzvü medal qazanıb. Yeniyetmə cüdoçularımız 2 gümüş və 1 bürünc medala layiq görülüblər.

Ölkəmizi təmsil edən Kamran Süleymanov (55 kq) və Nahid İsmayılov (66 kq) gümüş medal, Şükran Zamanlı (55 kq) bürünc medal qazanıb.

16 ölkədən 495 yeniyetmə cüdoçunun mübarizə apardığı Antalya turniri bu gün başa çatacaq