logo

Türkiyədə iki ayda 42 PKK terrorçusu təslim olub

15:44 03-03-2019 | icon 2856
Türkiyədə iki ayda 42 PKK terrorçusu təslim olub

Cari ilin iki ayında 42 PKK terrorçusu Türkiyənin təhlükəsizlik qüvvələrinə təslim olub.

YeniAvropa xəbər verir  ki, bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu açıqlama verib. Nazir bildirib ki, terrorçulardan 27-si aparılan təbliğat və izahat işləri nəticəsində təslim olub. Onun sözlərinə görə, Türkiyədə istehsal olunan milli texnologiyalar, o cümlədən pilotsuz aparatlar terrorçuların sığındığı yerlərin aşkarlanmasına əhəmiyyətli dərəcədə kömək göstərir.