Matın 3-də Estoniyada 14-cü çağırış parlament seçkiləri keçirilir.
YeniAvropa yerli KİV-ə istinadla xəbər verir ki, ölkə üzrə qeydə alınmış 800 mindən çox vətəndaşın indiyədək 42 faizi səsvermədə iştirak edib. Seçkiləri müxtəlif ölkələrdən 109 müşahidəçi izləyir.
Parlamentdəki 101 mandat uğrunda 10 partiyadan 1084 və 15 sərbəst namizəd mübarizə aparır. “Estoniya 200” və “Həyat sərvətləri” partiyaları ilk dəfədir seçkilərdə iştirak edir.