Martın 2-də Çexiyanın paytaxtı Praqada start götürən qadınlar arasında cüdo üzrə açıq Avropa kubokunda legioner idmançımız Aleksandra-Larisa Florian debüt edib.
YeniAvropa Beynəlxalq Cüdo Federasiyasının saytına istinadla xəbər verir ki, 52 kiloqram çəki dərəcəsində mübarizə aparan cüdoçumuz ilk görüşdə ispaniyalı Şir Kellner üzərində qələbə qazanıb. A.Florian növbəti döyüşünü finlandiyalı Katri Kakkoya qarşı keçirəcək.
Qeyd edək ki, qitə kubokunda 31 ölkədən 187 cüdoçu mübarizə aparır.