logo

İran yeni nəsil pilotsuz təyyarə istehsalına başlayıb

18:17 01-03-2019 | icon 3101
İran yeni nəsil pilotsuz təyyarə istehsalına başlayıb

İran “Kaman-12” adlı yeni nəsil pilotsuz təyyarə istehsalına başlayıb.

YeniAvropa yerli mətbuata istinadla  xəbər verir ki, İranın Kosmik Tədqiqatlar Mərkəzində istehsal ediləcək pilotsuz təyyarə 1000 kilometr məsafəyə uçaraq kəşfiyyat xarakterli məlumatlar, fotolar çəkmək imkanına malikdir. Bununla yanaşı, o, “ağıllı” raketlə də təchiz olunacaq.

İran əvvəllər də pilotsuz təyyarə istehsal edirdi. Lakin həmin təyyarələrin uçuş məsafəsi 30 kilometrdən artıq olmurdu.