Martın 1-də Şotlandiyanın paytaxtı Qlazqoda atletika üzrə 35-ci qış Avropa çempionatı start götürüb.
Azərbaycan Atletika Federasiyasından YeniAvropa-ya bildiriblər ki, yarışın birinci günündə Nazim Babayev üçtəkanla tullanma üzrə təsnifat mərhələsində çıxış edəcək. Martın 2-də isə Zəkiyyə Həsənova 60 metr məsafəyə qaçış yarışında gücünü sınayacaq. Azərbaycanlı atletlər federasiyanın baş katibi Məhərrəm Sultanzadənin rəhbərliyi ilə mübarizə aparacaqlar.
Bu il 35-ci dəfə təşkil olunan qış Avropa çempionatı ilk dəfə 1970-ci ildə keçirilib. “Qlazqo 2019”da qitənin 50 ölkəsindən 600-dən çox atlet mübarizə aparacaq. Çempionat martın 3-dək davam edəcək.