Martın 2-də Ukraynanın Poltava şəhərində yeniyetmələr arasında qadın güləşi üzrə beynəlxalq turnir keçiriləcək.
YeniAvropa Azərbaycan Güləş Federasiyasına istinadla xəbər verir ki, böyük məşqçi Həsrət Məmmədyarov və məşqçi Solmaz Həşimzadənin rəhbərliyi altında yarışda ölkəmizi 5 yeniyetmə güləşçi təmsil edəcək.
Poltavada Gültəkin Şirinova, Nərgiz Səmədova (hər ikisi 49 kq), Elnurə Məmmədova (53 kq), Jalə Əliyeva (61 kq) və Nigar Mirzəzadə (65 kq) mübarizə aparacaqlar.