Martın 8-dən 15-dək ABŞ-ın Las-Veqas şəhərində yeniyetmə ağır atletlər arasında səkkizinci dünya birinciliyi keçiriləcək.
YeniAvropa xəbər verir ki, bu haqda Azərbaycan Ağır Atletika Federasiyasından bildiriblər. Qeyd edilib ki, yarışda 50 ölkədən 200-dən çox atlet mübarizə aparacaq.
Dünya birinciliyində Azərbaycanı beş atlet - Ömər Cavadov (55 kq), Elşən Məmmədov (61 kq), Rüstəm Qasımov (67 kq), Əli Şükürlü (96 kq) və Rəhman Kazımov (+102 kq) təmsil edəcək. Komandamızın baş məşqçisi Asif Məmmədovdur.