logo

Türkiyə Futbol Federasiyasının sədri istefa verib

16:48 28-02-2019 | icon 3500
Türkiyə Futbol Federasiyasının sədri istefa verib

Türkiyə Futbol Federasiyasının (TFF) sədri Yıldırım Dəmirörən daha aktiv biznes fəaliyyəti ilə məşğul olmaq istədiyini bildirib və istefa verdiyini açıqlayıb.

 YeniAvropa Türkiyə mətbuatına istinadla xəbər verir ki, Dəmirörən IDDAA və “Dəmirörən Holdinq”in idarə heyətində təmsil olunacağını diqqətə çatdırıb, bu səbəbdən uzun illər şərəflə və qürurla xidmət etdiyi vəzifəsindən istefasını artıq söz-söhbətlərə səbəb olmamaq üçün verdiyini qeyd edib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana da təşəkkürünü bildirən TFF sədri, həmçinin bütün klubların rəhbərlərinə, TFF İdarə Heyətinə, milli yığma komandanın məşqçilərinə minnətdarlıq edib.

TFF-nin sədri vəzifəsini müvəqqəti olaraq İdarə Heyətinin üzvü Hüsnü Gürel icra edəcək.