Şenol Günəş futbol üzrə Türkiyə milli komandasının baş məşqçisi təyin edilib.
YeniAvropa "Anadolu" agentliyinə istinadla xəbər verir ki, Türkiyə Futbol Federasiyası 66 yaşlı mütəxəssislə dörd illik müqavilə imzalayıb.
Türkiyə Futbol Federasiyasının açıqlamasında müqavilənin bu il iyunun 1-dən qüvvədə olacağı bildirilib.
Xatırladaq ki, futbol üzrə Türkiyə millisi 2002-ci ildə Şenol Günəşin rəhbərliyi ilə dünya çempionatının bürünc medallarını qazanıb.