Fransanın “Paris Sen-Jermen” futbol klubunun qapıçısı Canluici Buffon karyerasında 600-cü qələbəsini qazanıb.
YeniAvropa xarici KİV-lərə istinadla xəbər verir ki, 41 yaşlı italiyalı qapıçının bu nəticəsi Paris klubunun Fransa kuboku yarışlarında “Dixon” üzərində 3:0 hesablı qələbə qazandığı oyunda qeydə alınıb.
Buffon 1995-ci ildən indiyədək 1070-ci oyunda 600-cü qələbəsini qazanıb. Karyerası ərzində “Parma” (220 oyun), “Yuventus” (656 oyun) klublarının və İtaliya millisinin şərəfini qoruyan (176 oyun) Buffon “Paris Sen-Jermen”də keçirdiyi 19 matçın heç birində məğlub olmayıb.
Qeyd edək ki, 41 yaşlı qapıçı 2006-cı ildə İtaliya millisinin heyətində dünya çempionu olub. Buffon 2018-ci ildə Paris təmsilçisi ilə birillik müqavilə bağlayıb.