logo

Avropa çempionatında 7 şahmatçımız mübarizə aparacaq

17:49 27-02-2019 | icon 3570
Avropa çempionatında 7 şahmatçımız mübarizə aparacaq

Martın 18-dən 29-dək Şimali Makedoniyanın paytaxtı Skopyedə kişi şahmatçılar arasında Avropa çempionatı keçiriləcək. 

YeniAvropa xəbər verir  ki, 43 ölkədən 365 şahmatçı, o cümlədən 151 qrossmeyster turnirdə iştirakını artıq təsdiqləyib.

Qitə çempionatında mübarizə aparacaq şahmatçılar arasında təmsilçilərimiz Rauf Məmmədov, Qədir Hüseynov, Ülvi Sadıqov, Məhəmməd Muradlı, Abdulla Qədimbəyli, Kənan Qarayev və Cahangir Azadəliyevin də adları var.

İsveçrə sistemi üzrə keçiriləcək Avropa çempionatı 11 turdan ibarət olacaq.