logo

“Sədərək”də baş verən yanğında xəsarət alanlar var

11:31 26-02-2019 | icon 3913
“Sədərək”də baş verən yanğında xəsarət alanlar var
 

Bu gün səhər saatlarında paytaxtın Qaradağ rayonundakı “Sədərək” ticarət mərkəzinin ərazisində yanğın hadisəsi baş verib. Hadisənin bazarın "Təsərrüfat malları bazarı" hissəsindəki anbarda baş verdiyi bildirilir.  

YeniAvropa xəbər verir  ki,  bu haqda Fövqəladə Hallar Nazirliyi(FHN) məlumat yayıb. Verilən məlumata görə, FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış ünvanına cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

İlkin məlumatlaqa görə, “Sədərək” ticarət mərkəində baş verən yanğını söndürərkən FHN əməkdaşı xəsarət alıb, onun  çiyni sınıb.  Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, o, Elmi-Tədiqat Travmatologiya və Ortopediya İnstitutuna yerləşdirilib.

Hadisə zamanı bir polis əməkdaşı isə tüstüdən zəhərlənib , ona yerində yardım edilib.

Yanğın hadisəsi ilə bağlı əlavə məlumat veriləcək.