Fevralın 25-də Belarusun paytaxtı Minskdə atletika üzrə beynəlxalq yoldaşlıq turnirinə start verilib.
Azərbaycan Atletika Federasiyasından YeniAvropa-ya bildiriblər ki, turnirdə ölkəmizi Günel Hüseynova, Lamiyə Vəliyeva, Fəxriyyə Tağızadə, Yelena Pextireva, Sabrina Zralova, Teymur Salahzadə, Rüstəm Məmmədova, Ramiz Məlikov, Fizuli Talıbov və Aydın Bədəlov təmsil edirlər.
Atletlərimiz turnirdə qaçış, tullanma və nüvəitələmə yarışlarında güclərini sınayacaqlar.
Milli komandamız baş məşqçi Nazim İsrafilov və məşqçi Teymur Qasımovun rəhbərliyi altında mübarizə aparacaq.
Turnirdə yarışların idarə olunmasında ölkəmizi respublika dərəcəli hakim, atletika üzrə Azərbaycan Hakimlər Kollegiyasının sədr müavini Ceyhun Hüseynov və Kənan Məhərrəmov təmsil edəcəklər.
Xatırladaq ki, “Bakı 2015” ilk Avropa və “Bakı 2017” IV İslam Həmrəyliyi oyunlarının atletika yarışlarında baş hakimin müavini olan K.Məhərrəmov iyulda Bakıda keçiriləcək Avropa Gənclərinin Yay Olimpiya Festivalında da bu vəzifəni yerinə yetirəcək.